logo

Avropa çempionatı: Daha bir güləşçimiz finala yüksəlib

21:11 20-05-2024 | icon 805
Avropa çempionatı: Daha bir güləşçimiz finala yüksəlib

Azərbaycan güləşçisi Xasay Həsənli Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

YeniAvropa xəbər verir ki, 77 kiloqramda mübarizə aparan idmançı yarımfinalda rumıniyalı Aleksandrin Qutu ilə üz-üzə gəlib. Rəqibinə 7:0 hesabı ilə qalib gələn X. Həsənli adını finala yazdırıb.

Daha əvvəl Ziya Babaşov (63 kiloqram) İsrail təmsilçisi Abere Feteneyə qalib gələrək finala vəsiqə qazanıb. 55 kiloqramda mübarizə aparan Rəşad Məmmədov isə gürcüstanlı Giorgi Toxadzeyə məğlub olaraq həlledici mərhələyə yüksələ bilməyib.

Qeyd edək ki, Avropa çempionatı mayın 24-də başa çatacaq.