logo

Mərkəzi Bank yeni 1 qəpiklik metal pul nişanını tədavülə buraxıb

18:58 20-05-2024 | icon 1435
Mərkəzi Bank yeni 1 qəpiklik metal pul nişanını tədavülə buraxıb

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.

AMB-dan YeniAvropa-ya bildirilib ki, tədavülə buraxılan yenilənmiş 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət Gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub.

Yenilənmiş 1 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb. Yenilənmiş 1 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.