Qeyri-sabit hava şəraiti mayın 24-dək davam edəcək
Bu ilin may ayında ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti ötən illərin may ayı ilə müqayisədə daha çox müşahidə olunub, ildırım-dolu prosesinin miqyası və intensivliyi artıb. Belə ki, 2022-ci ilin mayında 17, ötən ilin may ayında 39 dolu hadisəsi müşahidə olunduğu halda, bu ilin may ayının ötən dövrü ərzində 54 dolu hadisəsi qeydə alınıb. Bunun əsas səbəbi ölkəmizə soyuq hava kütlələrinin daxil olması və mürəkkəb sinoptik şəraitlə əlaqədar formalaşan kütlədaxili proseslərdir.
YeniAvropa xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, bu il mayın 1-dən 20-dək ölkənin əksər bölgələrində hava 18 gün yağıntılı olub. Düşən yağıntının miqdarı Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində, eləcə də Bakıda və Abşeron yarımadasında aylıq normadan çox olub: “Leysan xarakterli intensiv yağışlar nəticəsində çaylarda sululuq kəskin artıb, 8 sel hadisəsi qeydə alınıb. Küləkli günlərin sayı 13 olub. Havanın temperaturu ötən illərlə müqayisədə daha aşağı qeydə alınıb”.
Xidmət rəisi qeyri-sabit hava şəraitinin bölgələrdə mayın 24-dək davam edəcəyini, fasilələrlə yağıntılı, bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağını, dolu düşəcəyini, şimşək çaxacağını, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalının olduğunu bildirib.
“Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur”, - deyə N.Mahmudov bildirib.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır