logo

İran prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək

17:47 20-05-2024 | icon 4627
İran prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək

Helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin cənazəsi çərşənbə axşamı günü Təbrizdən doğulduğu Məşhəd şəhərinə göndəriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

“Tasnim” agentliyi isə bu gün səhər Məşhəddə Rəisinin dəfn mərasimi ilə bağlı şura iclası da keçirildiyini, əsas küçə və ya meydanlardan birinə mərhum prezidentin adının veriləcəyini bildirib.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.