logo

Azərbaycanda ötən il nikahların sayı azalıb, boşanmalar isə artıb

16:16 20-05-2024 | icon 721
Azərbaycanda ötən il nikahların sayı azalıb, boşanmalar isə artıb

Azərbaycanda 2022 ci illə müqayisədə 2023 cü ildə nikahların sayında 7 739 azalma, boşanmaların sayında 5 705 artma olub.

YeniAvropa xəbər verir ki, bu barədə məlumat Milli Məclisin mayın 20-də keçirilən komitə iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə hesabatında əksini tapıb.

Belə ki, 2023-cü ildə 54 200 nikah bağlanıb, 21 688 sayda boşanma qeydə alınıb.