logo

Xankəndiyə prokuror təyin edilib

15:25 20-05-2024 | icon 560
Xankəndiyə prokuror təyin edilib

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Rəşadət Orucov Xankəndi şəhər prokuroru vəzifəsinə təyin edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.

Rəşadət Orucov 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. Əvvəllər Mingəçevir şəhər Prokurorluğunun müstəntiq və böyük müstəntiqi, Tovuz rayon Prokurorluğunun böyük müstəntiqi, Bakı şəhər Prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində çalışıb. 2019-cu ildən indiyədək Yasamal rayon рrоkurorunun müavini vəzifəsində işləyirdi.

Qeyd edək ki, Qubadlı rayonunda anadan olan Rəşad Orucov 8 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.

Xatırladaq ki, prezident İlham Əliyevin 2024-cü il mayın 4-də imzaladığı Sərəncamı ilə Xankəndi şəhər Prokurorluğu yaradılıb.