logo

İran prezidentinin dəfn mərasimi sabah Təbrizdə keçiriləcək

13:31 20-05-2024 | icon 3913
İran prezidentinin dəfn mərasimi sabah Təbrizdə keçiriləcək

İran prezidenti Seyd İbrahim Rəisinin Rəisi və onu müşayiət edənlərin dəfn mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Qeyd edək ki, mayın 19-da İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində onunla yanaşı, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.