logo

İran prezidenti vəzifəsini müvəqqəti olaraq vitse-prezident icra edəcək

12:12 20-05-2024 | icon 3906
İran prezidenti vəzifəsini müvəqqəti olaraq vitse-prezident icra edəcək

İran konstitusiyasının 131-ci maddəsinə əsasən, ölkə prezidenti vəzifəsini müvəqqəti olaraq vitse-prezident icra edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. Məlumata görə, Ali Rəhbərin təsdiqi ilə İranın məhkəmə hakimiyyətinin başçısı, parlament sədri və vitse-prezidentdən ibarət şura 50 gün ərzində seçkilərin keçirilməsi üçün tədbirlər görəcək.

İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei İran xalıqını əmin edib ki, hökumətin işində fasilələr olmayacaq.