logo

Ağsu dolaylarındakı sürüşmə yolun bağlanmasına səbəb olub

11:51 20-05-2024 | icon 1036
Ağsu dolaylarındakı sürüşmə yolun bağlanmasına səbəb olub

Ötən gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmənin baş verdiyi əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib.

YeniAvropa xəbər verir ki, hazırda sürüşmənin qeydə alındığı yolun 147-ci kilometrliyində çökən asfalt qatı və çiyin hissəsindəki torpaq qazılaraq ərazidən kənarlaşdırılır. Paralel olaraq xüsusi material, daş-çınqıl gətrilir. Günün ikinci yarısında yolda asfaltlanma işlərinin aparılması planlaşdırılır.

Hazırda 147-ci kilometrlikdə yolun hər iki zolağı tam bağlanıb, avtomobillər yolun torpaq hissəsindən növbəli keçməklə hərəkət edirlər.

Ərazidə xidmət aparan polis avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.