logo

Tacikistan Azərbaycana mədən sahəsində əməkdaşlıq təklif edir

11:33 20-05-2024 | icon 931
Tacikistan Azərbaycana mədən sahəsində əməkdaşlıq təklif edir

Tacikistan Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

YeniAvropa xəbər verir ki, bunu Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumunda deyib.

Nazir, dağ-mədən sektorunda Tacikistanda 800 filiz yatağından yalnız 100-nün işləndiyini qeyd edərək mədən sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirməyi təklif edib: “Biz Azərbaycan şirkətlərinə həyata keçirilməsi üçün konkret layihələr təklif edirik və ümid edirik ki, bugünkü biznes forumun nəticəsi olaraq müəyyən razılaşmalar əldə olunacaq”.