logo

İranda milli matəm elan edilib

11:22 20-05-2024 | icon 1204
İranda milli matəm elan edilib

İranda prezident İbrahim Rəisinin faciəvi ölümü ilə əlaqədar milli matəm elan edilib.

YeniAvropa xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisinin olduğu helikopter mayın 19-da İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.