logo

Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başa çatıb

20:20 17-05-2024 | icon 1876
Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başa çatıb

Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri mayın 17-də başa çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Aleksandr Lukaşenkonu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola salıblar.