logo

Azərbaycanda əhalinin sayı 10 milyon 190 min nəfərə çatır

14:14 16-05-2024 | icon 2135
Azərbaycanda əhalinin sayı 10 milyon 190 min nəfərə çatır

Ölkə əhalisinin sayı ilin əvvəlindən 9 min 16 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il aprelin 1-i vəziyyətinə 10 milyon 189 min 786 nəfərə çatıb.

YeniAvropa  Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bu il aprelin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,0 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,7 faizi Qazax-Tovuz, 6,2 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 2,9 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb.