logo

Belarus prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

11:22 16-05-2024 | icon 1302
Belarus prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Azərbaycana dövlət səfərinə gələn Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da rəsmi qarşılanma mərasimi olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Belarus prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.