“Rabitəbank”ın Müşahidə Şurasında yeni təyinatlar olub
“Rabitəbank” ASC-nin səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, Rəşad Abasov və Zaur Baxşəliyev Müşahidə Şurasına üzv təyin ediliblər.
YeniAvropa xəbər verir ki, bu barədə bankın yaydığı açıqlamada bildirilib.
Rəşad Abasov 2004-2012-ci illərdə “Rabitəbank”ın “Daxili audit” bölməsində müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildən isə “Daxili audit” departamentinin direktoru vəzifəsinə təyin edilib. 2018-ci ildən hal-hazıradək “Rabitəbank”da Audit Komitəsinin sədri vəzifəsində çalışır.
R.Abasov Azərbaycan Dövlət Neft Akademiyasının “Mühəndis iqtisadiyyatı və idarə etməsi” fakultəsinin bakalavr və magistr pillələrində təhsil alıb. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və Kredit” ixtisası üzrə təhsil alıb.
Zaur Baxşəliyev 15 ildən çox daxili audit sahəsində təcrübəyə malikdir. O, peşəkar əmək fəaliyyətinə “Bank of Azerbaijan” ASC-nin audit köməkçisi kimi başlayıb və daha sonra “Garant Holding” MMC-də və “Aqrar Tədarük və Təchizat” ASC-də audit bölməsi üzrə rəhbər vəzifələrinə kimi yüksəlib. 2015-2017-ci illərdə “Rabitəbank” ASC-nin Daxili audit departamentinin baş auditoru və şöbə rəisi olaraq çalışıb. 2019-2024-cü illərdə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeli strukturu olan “ADY Ekspress” MMC-nin Daxili audit xidmətinin rəhbəri olaraq çalışır. Z.Baxşəliyev bu ilin fevral ayından etibarən “Rabitəbank”da Audit Komitəsinin müstəqil üzvü kimi də fəaliyyət göstərir. Z.Baxşəliyev Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr pillələrində təhsil alıb.
Qeyd edək ki R.Abasov və Z.Baxşəliyev, həmçinin “Rabitəbank”da korporativ idarəetmə və risklərin idarəetməsi komitələrinin üzvü kimi də fəaliyyət göstərəcəklər.
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır