logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb

10:10 16-05-2024 | icon 1890
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 61 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 247,o cümlədən borclu şəxs qismində axtarılan 210 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün narkotiklərlə əlaqədar 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.