logo

Putin Çinə iki günlük səfərə gedib

09:09 16-05-2024 | icon 1638
Putin Çinə iki günlük səfərə gedib

Mayın 16-da Rusiya prezidenti Vladimir Putinin Çinə dövlət səfəri başlayıb.

YeniAvropa xəbər verir ki, Pekində Çin Xalq Respublikasının sədri Si Cinpin ilə Rusiya prezidenti Vladimir Putinin görüşü olub.

Çin tərəfinin görüşə dair rəsmi açıqlamasında qeyd olunur ki, sədr Si Cinpin Vladimir Putini salamlayıb, növbəti dəfə Rusiya prezidenti seçilməsi münasibəti ilə onu təbrik edib. Çin lideri Rusiyanın Vladimir Putinin rəhbərliyi ilə yeni və daha da böyük uğurlar qazanacağına əminliyini bildirib.

Qeyd edək ki, Rusiya prezidentinin Çinə dövlət səfəri 2 gün davam edəcək.