“Azercell”in ev sahibliyi etdiyi konfrans beynəlxalq sənaye liderlərini Bakıda bir araya gətirib
Beynəlxalq GSM Assosiasiyasının (GSMA) Azərbaycanda sayca ikinci “GSMA M360 Eurasia” konfransına start verilib.
YeniAvropa xəbər verir ki, ötən il olduğu kimi, bu il də Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən tədbir telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan aparıcı ekspertləri, eləcə də region üzrə tənzimləyici qurumların nümayəndələrini öz ətrafında toplamağa müvəffəq olub.
Tədbirin açılışı Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun, Beynəlxalq Telekommunikasiya İttifaqının MDB üzrə regional direktoru Natalia Moçunun, rabitə sahəsində Regional Birliyin baş direktoru Aleksey Borodinin, GSMA-nın Tənzimləmə üzrə baş direktoru və Mobil Texnologiyaların İnkişaf Fondunun prezidenti Сon Custinin, eləcə də digər yüksəkvəzifəli şəxslərin iştirakı ilə baş tutub. Konfrans “Rəqəmsal texnologiyaların gücü” mövzusuna həsr olunub.
Tədbirin ilk günündə rəqəmsal dövrün aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılıb, süni intellektin müxtəlif sahələrə təsiri, bağlantı ekosistemindəki siyasətlər və digər mövzularda maraqlı məruzələr və panel iclasları yer alıb.
Konfransın Rəqəmsal DNT (Digital DNA) mövzusuna həsr olunmuş sessiyasında “Azercell” prezidentinin baş müşaviri Okan Cimen gələcək nəsillərin inkişaf edən iş bazarına uğurlu adaptasiyası haqqında danışıb: “Digər bazar iştirakçıları kimi, bu mövzu “Azercell” üçün də olduqca vacib və aktualdır. Müasir dövrdə texnologiyaların böyük sürətlə yenilənməsi, sənayenin dinamik inkişafı bir telekom şirkəti üçün böyük imkanlar təqdim etməklə yanaşı, qarşısında yeni çağırışlar da qoyur. Bu şərtlərdə lider mövqeyimizi saxlamaq üçün fəaliyyətimizdə ən qabaqcıl texnologiyaları və innovativ həlləri tətbiq etməliyik. Yalnız güclü insan kapitalına sahib olduğumuz halda məqsədimizə nail olacağımızı bilirik. Məhz bu səbəbdən əməkdaşlarımızın inkişafı üçün davamlı şəkildə zəmin yaratmağa çalışırıq. Təkcə 2023-cü il ərzində “Azercell” insan kapitalının inkişafına 1.3 milyon ABŞ dolları sərmayə yatırıb. İnanıram ki, konfransda səsləndirilən yenilikçi ideyalar və uğurlu təcrübələr ölkəmizdə bu istiqamətdə görülən işlərin daha səmərəli təşkilinə öz töhfəsini verəcək”.
Qeyd edək ki, bu il konfransa “Microsoft”, “Google”, “Amazon Web Services”, “Word Bank”, “e& International”, “Beeline”, “Vodafone Group”, “Turkcell”, “East Telecom” və digər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilər qatılıb. İki gün davam edəcək tədbirin növbəti günündə ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri, yaşıl texnologiyalar, yeni nəsil şəbəkələr, kibertəhlükəsizlik və digər mövzular haqqında danışılacaq.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır