logo

Bakıda keçiriləcək Avropa çempionatının biletləri satışa çıxarılıb

19:33 15-05-2024 | icon 2184
Bakıda keçiriləcək Avropa çempionatının biletləri satışa çıxarılıb

Mayın 20-dən 26-dək Bakı İdman Sarayında keçiriləcək güləş üzrə U-23 Avropa çempionatının biletləri satışa çıxarılıb.

Azərbaycan Güləş Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, biletlərin qiyməti 2 AZN təşkil edir.

Biletlər hər gün gündüz və axşam olmaqla, 2 fərqli seans üzrə satışdadır. Yalnız son yarış günündə 1 seans (axşam) nəzərdə tutulub. 1, 2, 4, 5, 14 və 15-ci sektorlar üçün bilet satışı həyata keçirilir. Ümumilikdə 6630 bilet satışa çıxarılıb.

Qeyd edək ki, biletləri İticket.az saytından onlayn qaydada və “Iticket”in şəhərin müxtəlif məkanlarında yerləşən satış məntəqələrindən əldə etmək mümkündür.