logo

Ağcabədidə dəm qazından zəhərlənən 2 azyaşlıdan biri ölüb

14:54 15-05-2024 | icon 931
Ağcabədidə dəm qazından zəhərlənən 2 azyaşlıdan biri ölüb

Ağcabədidə dəm qazından zəhərlənən 2 azyaşlıdan biri həyatını itirib.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Boyat kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri Hümbətov Emil Emin oğlu və bacısı Hümbətova Filiz Emin qızı dəm qazından zəhərləniblər. Zəhərlənmə nəticəsində Emil Hümbətov dünyasını dəyişib. Filiz Hümbətova isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.