logo

8 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

14:34 15-05-2024 | icon 2212
8 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

Suriya Ərəb Respublikasının münaqişə bölgələrinə getmiş 5-i uşaq və 3-ü qadın olmaqla 8 vətəndaşımızın Azərbaycan Respublikasının Hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində mayın 14-də ölkəmizə repatriasiyası həyata keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, ilk növbədə, repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Daha sonra İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

İstanbuldakı Baş konsulluğumuz tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri ilə təmin olunub və onlar ölkəyə gətiriliblər. Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.