logo

Biləsuvarda ağır avtoqəza: 1 nəfər ölüb, 4 yaralı var

13:13 15-05-2024 | icon 9877
Biləsuvarda ağır avtoqəza: 1 nəfər ölüb, 4 yaralı var

Bu gün saat 09:00 radələrində Biləsuvar rayonunun Ağayrı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (kişi cinsli) şəxs Biləsuvar rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən YeniAvropa-ya verilən məlumata görə, onlardan 1996-cı il təvəllüdlü şəxsə alt çənənin sıyrılmış yarası, 1988-ci il təvəllüdlü şəxsə hipotenziya, qarının küt travması, dəqiqləşməmiş qarın boşluğu orqanının travması, 1969-cu il təvəllüdlü şəxsə sol dizin cırılmış yarası, başın, sol alın və gicgah nahiyəsinin cırılmış yaraları, 1961-ci il təvəllüdlü şəxsə sağ dirsək nahiyəsinin və sol dizin küt travması diaqnozları təyin edilib.

Xəsarət alan şəxslərdən 1 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti isə stabil olaraq qiymətləndirilir. Bir nəfər (kişi cinsli) şəxsin həkiməqədər ölüm halı qeydə alınıb.

Qeyd edək ki, avtoqəza Biləsuvar-Bəhrəmtəpə yolunun, Biləsuvar rayonunun Ağayrı kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Mercedes" markalı yük maşını Şahmar Mehtiyevin idarə etdiyi "Ford" markalı mikroavtobusa çırpılıb.