logo

Bu gün Tbilisidə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan nazirlərinin görüşü keçiriləcək

11:55 15-05-2024 | icon 1456
Bu gün Tbilisidə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan nazirlərinin görüşü keçiriləcək

Energetika naziri Pərviz Şahbazov Gürcüstana səfər edib.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, nazir və rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Tbilisi şəhərində keçiriləcək “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə dörd ölkə nazirlərinin 7-ci iclasında iştirak edəcək.

Görüşdə Sazişin icrasının sürətləndirilməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə ediləcək.