logo

Putin hökumətin yeni tərkibini təsdiqləyib

20:20 14-05-2024 | icon 1785
Putin hökumətin yeni tərkibini təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin hökumət üzvlərinin təyin edilməsi haqqında fərman imzalayıb.

YeniAvropa xəbər verir ki, hökumətin tərkibinə sədr, baş nazirin 10 müavini və 21 nazir daxildir.

Denis Manturov müdafiə naziri təyin edilmiş Andrey Belousovun əvəzinə baş nazirin birinci müavini vəzifəsini icra edəcək. Keçmiş nəqliyyat naziri Vitali Savelyev baş nazirin nəqliyyat və logistikanın inkişafı üzrə müavini təyin olunub. Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik etmiş Dmitri Patruşev indi baş nazirin kənd təsərrüfatı, aqrar-sənaye kompleksi və ekologiya məsələləri üzrə müavinidir.

Rusiya Federasiyası Nazirlər Kabinetində yeni təyinatlar aşağıdakılardır: nəqliyyat naziri Roman Starovoyt, sənaye və ticarət naziri Anton Əlixanov, energetika naziri Sergey Tsivilev, kənd təsərrüfatı naziri Oksana Lut, idman naziri Mixail Dektaryov.