logo

Azərbaycan hər zaman ATƏT-in təməl prinsiplərinə riayət edilməsinin tərəfdarı olub

13:23 14-05-2024 | icon 609
Azərbaycan hər zaman ATƏT-in təməl prinsiplərinə riayət edilməsinin tərəfdarı olub

Azərbaycanın prinsipləri hər zaman ATƏT-in təməl prinsiplərinin gözlənilməsindən, bütün dövlətlər tərəfindən onlara riayət edilməsindən ibarət olub. Xüsusilə ölkələrin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlər toxunulmazlığı prinsiplərinə və çoxtərəfliliyə hörmət olunmasını, bu yanaşmadan irəli gələrək addımların atılmasını önəmli hesab edirik.

YeniAvropa xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri Yan Borqu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Hesab edirik ki, bu istiqamətdə ATƏT-in mövcud olan bütün alətlərindən istifadə edilməsi üçün sədrlik tərəfindən müvafiq addımlar atılır. Üzv dövlətlərin də fəal iştirakı ilə ənənəvi olaraq təşkilatın dialoq platforması rolunun artırılması üçün imkanlar mövcuddur”, - deyə nazir vurğulayıb.