logo

Vladimir Putin Nikolay Patruşevi özünə köməkçi təyin etdi

12:52 14-05-2024 | icon 1519
Vladimir Putin Nikolay Patruşevi özünə köməkçi təyin etdi

Rusiya prezidenti ölkənin Təhlükəsizlik Şurasının sabiq katibi Nikolay Patruşevi özünə köməkçi təyin edib.

YeniAvropa xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Prezident Administrasiyası rəhbərliyində təyinatlar barədə fərmanlar imzalayıb. Anton Vayno Administrasiya rəhbəri postunda qalıb. Tula vilayətinin qubernatoru Aleksey Dyumin prezident köməkçisi vəzifəsinə keçib. Prezident Administrasiyası başçısının yeni müavini Maksim Oreşkin olub. O, əvvəllər prezidentin köməkçisi idi.

Dmitri Peskov Administrasiya rəhbərinin müavini – Rusiya Prezidentinin mətbuat katibi vəzifəsinə yenidən təyin edilib.