logo

Avropa Bankı ötən il Azərbaycana 13 milyard avro sərmayə yatırıb

12:44 14-05-2024 | icon 875
Avropa Bankı ötən il Azərbaycana 13 milyard avro sərmayə yatırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) keçən il müxtəlif sahələrə 13 milyard avro məbləğində sərmayə yatırıb.

YeniAvropa xəbər verir ki, bu barədə AYİB-in nümayəndəsi Elmin İbrahimov Bakıda keçirilən “Azərbaycan və İtaliya - daha yaxşı qida istehsalı naminə” tədbirində çıxışı zamanı deyib.

O qeyd edib ki, AYİB 40 ölkədə fəaliyyət göstərir. İndiyədək bank 7 min layihəyə sərmayə qoyub.

“AYİB Azərbaycanda 30 ildir fəaliyyət göstərir və proaktiv olaraq Azərbaycan hökumətinin tərəfdaşıdır. Bizim özəl sektorda da təşəbbüslərimiz var. Ötən illər ərzində böyük investisiyalara imza atılıb. Enerji stansiyalarının qurulması, logistika, kiçik və orta bizneslər üçün sərmayə yatırılıb. Düşünürəm ki, bugünkü tədbir gələcək əməkdaşlığımız üçün təməl olacaq. Biz istənilən layihəni nəzərdən keçirməyə hazırıq”, - deyə E.İbrahimov qeyd edib.