logo

Azərbaycan dünya çempionatında 11 cüdoçu ilə təmsil olunacaq

11:33 14-05-2024 | icon 2856
Azərbaycan dünya çempionatında 11 cüdoçu ilə təmsil olunacaq

Mayın 19-dən 23-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində  cüdo üzrə dünya çempionatı keçiriləcək. 

Azərbaycan Cüdo Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, yarışda ölkəmizi 8 çəki dərəcəsində 11 qadın və kişi idmançımız təmsil edəcək.

Turnirdə 100-dən çox ölkədən 700-ə yaxın idmançı mübarizə aparacaq.

Azərbaycan millisinin dünya çempionatı üçün heyəti artıq məlumdur.

Qadınların yarışında Leyla Əliyeva (48 kiloqram), Açelya Toprak (57 kiloqram), kişilərin mübarizəsində isə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kiloqram), Kamran Süleymanov, Yaşar Nəcəfov (hər ikisi 66 kiloqram), Hidayət Heydərov (73 kiloqram), Zelim Tçkayev (81 kiloqram), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) qüvvəsini sınayacaq.

Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kiloqram) zədəli olduqlarına görə yığmanın tibbi heyətinin qərarına əsasən turnirə qatılmayacaqlar.

Mundialda cüdoçular böyüklərdən ibarət millinin baş məşqçisi Riçard Trautman və qadınlar yığmasının çalışdırıcısı Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcəklər.

Qeyd edək ki, dünya çempionatı mayın 19-23-də təşkil olunacaq. Turnirdə 100-dən çox ölkədən 700-ə yaxın idmançı mübarizə aparacaq.