logo

Azərbaycan Milli QHT Forumunun qurultayı keçirilir

11:11 14-05-2024 | icon 847
Azərbaycan Milli QHT Forumunun qurultayı keçirilir

Mayın 14-də Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilir.

YeniAvropa xəbər verir ki, qurultayda nizamnaməyə dəyişikliklər ediləcək və “Azərbaycan Milli QHT Forumunun prezidenti” postu ləğv olunacaq.

Foruma rəhbərliyi yeni formalaşdırılacaq İdarə Heyətinin sədri edəcək. Forumun 5 nəfərdən ibarət İdarə Heyəti olacaq. Beləliklə, Azərbaycan Milli QHT Forumu müasir dövrün tələblərinə uyğun çevik idarəçilik modelinə keçəcək.