logo

Azərbaycandan 4 ayda 8,5 milyard m3 qaz ixrac edilib

10:30 14-05-2024 | icon 742
Azərbaycandan 4 ayda 8,5 milyard m3 qaz ixrac edilib

Bu ilin yanvar-aprel aylarında neft-kondensat hasilatı 9,6 milyon ton, ixraca nəql edilən həcmlər isə 7,9 milyon ton olub.

YeniAvropa xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat paylaşıb.

O bildirib ki, bu dövrdə 500 milyon kubmetr artımla hasil edilmiş 16,7 milyard kubmetr qazın 8,5 milyard kubmetri ixrac olunub.

“Yanvar-aprel aylarında Avropaya 4,2 milyard kubmetr, Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 1,8 milyard kubmetr qaz nəql edilib. Bu ilin 4 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2,7 faiz çoxdur”,- deyə nazir qeyd edib.