logo

Azərbaycan-Qazaxıstan futbol matçının saatı dəyişdirilib

10:04 14-05-2024 | icon 1680
Azərbaycan-Qazaxıstan futbol matçının saatı dəyişdirilib

Futbol üzrə Azərbaycan millisinin Qazaxıstan yığmasına qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq oyununun başlama vaxtı dəyişdirilib.

YeniAvropa  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Macarıstanın “Haladaş SportKomplexum” stadionunda təşkil olunacaq görüş iyunun 11-i Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Daha əvvəl matçın saat 20:00-da başlayacağı açıqlanmışdı.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də isə eyni məkanda Albaniya yığması ilə yoldaşlıq görüşü keçirəcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 21:00-da veriləcək.