logo

Azərbaycan nefti 84,48 dollara satılır

09:39 14-05-2024 | icon 1008
Azərbaycan nefti 84,48 dollara satılır

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,58 dollar azalaraq 84,48 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il iyunun 25-də 116 dollardan baha (116,05) satılıb.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib