logo

Antoni Blinken Kiyevə gəlib

09:29 14-05-2024 | icon 1848
Antoni Blinken Kiyevə gəlib

ABŞ-ın Dövlət katibi Antoni Blinken Vaşinqtonun Ukraynaya yardımını müzakirə etmək üçün Kiyevə gəlib.

YeniAvropa “Reuters” agentliyinə istinadla xəbər verir ki, Blinken “elan edilməmiş səfərə” qatarla gəlib.

Məlumata görə, Blinken səfər zamanı Kiyevin “müdafiəni gücləndirmək” və “döyüş meydanında təşəbbüsü bərpa etmək” üçün ABŞ-ın silah təchizatından necə istifadə etməyi planlaşdırdığını müzakirə etmək niyyətindədir.