logo

Şuşa şəhərinə daha 38 ailə  köçürülüb

09:09 14-05-2024 | icon 1169
Şuşa şəhərinə daha 38 ailə  köçürülüb

Mayın 14-də Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

YeniAvropa xəbər verir ki,  respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı  Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Şuşa şəhərinə 38 ailə - 136 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Şuşa şəhərində 58 ailənin, yəni 224 nəfərin daimi məskunlaşması təmin edilib.