logo

Faktiki hava:Ölkə ərazisində  leysan və qar yağır, külək güclənib

22:13 13-05-2024 | icon 966
Faktiki hava:Ölkə ərazisində  leysan və qar yağır, külək güclənib

Mayın 13-ü saat 21:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Naxçıvan, Şahbuz, Culfa, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Naftalan, Ağcabədi, Ağdam, Balakən, Şəki, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Astarada arabir leysan xarakterli yağış, Şahdağda isə qar yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Saat 17:00 radələrində İsmayıllı rayonunun şimal hissəsində 2 dəqiqə ərzində xırda ölçülü dolu yağıb.

Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s, Daşkəsən, Beyləqanda 18 m/s, Lerikdə 17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Göygöl, Balakən, Şəki, Qax, Qrız, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 22 dərəcəyədək, Aran rayonlarında 16-20, dağlıq rayonlarda 8 dərəcəyədək isti olub.