logo

Premyer Liqada yenə 10 komanda mübarizə aparacaq

21:51 13-05-2024 | icon 1967
Premyer Liqada yenə 10 komanda mübarizə aparacaq

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

YeniAvropa xəbər verir ki, 15:00-da baş tutan və 4 saat davam edən konfransda müəyyən qərarlar qəbul edilib.

AFFA-nın prezidenti Rövşən Nəcəf jurnalistlərə açıqlamasında növbəti mövsüm də Premyer Liqada 10 komandanın mübarizə aparacağını söyləyib.

Bir digər qərar isə legioner limiti ilə bağlı olub. İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlov bildirib ki, Premyer Liqada 7+4 limiti saxlanılıb. 2025-2026-cı illər mövsümündə isə 8+3 sistemi tətbiq ediləcək.