logo

Güzdəkdəki "Bozdağı" palçıq vulkanı yenidən püskürüb

20:40 13-05-2024 | icon 1253
Güzdəkdəki "Bozdağı" palçıq vulkanı yenidən püskürüb

Mayın 13-də yerli vaxtla saat 02:13-də Güzdək qəsəbəsindən altı kilometr qərbdə yerləşən "Bozdağı" palçıq vulkanında növbəti püskürmə baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd olunub ki, vulkan pükürməsindən əvvəl alov sütunu müşahidə olunub. Püskürmə Respublika Seysmoloji Xidmət Mərkəzinin səkkiz rəqəmsal stansiyası tərəfindən qeydə alınıb.

Palçıq vulkanlarının monitorinqini həyata keçirən seysmik stansiyaların məlumatlarına əsasən, "Bozdağı" palçıq vulkanının ocağının dərinliyi 3,5 kilometr, püskürmənin davamlılığı 9 dəqiqə, ayrılan enerjisi isə - 8.67x106 Coul təyin edilib.

Xatırladaq ki, "Bozdağı" palçıq vulkanı Abşeron yarımadasının ən iri oroqrafik vahidlərindən biri hesab olunur. Bu vulkanın son püskürməsi 2009-cu il fevralın 13-də baş vermişdi.