logo

Dördqat Avropa çempionu Hidayət Heydərov dünya reytinqində liderdir

19:20 13-05-2024 | icon 1855
Dördqat Avropa çempionu Hidayət Heydərov dünya reytinqində liderdir

Beynəlxalq Cüdo Federasiyası dünya reytinq cədvəlini yeniləyib.

YeniAvropa  qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan cüdoçularının mövqeyində dəyişiklik olub.

Dördqat Avropa çempionu Hidayət Heydərov (73 kiloqram) öz çəki dərəcəsi üzrə liderliyini qoruyub. Onun aktivində 6798 xal var.

Digər kişi cüdoçulardan Balabəy Ağayev (60 kiloqram), Zelim Tçkayev (81 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) öz çəki dərəcələri üzrə 5-ci, Yaşar Nəcəfov (66 kiloqram) 7-ci, Murad Fətiyevlə (90 kiloqram) Səid Mollayi (81 kiloqram) isə 11-ci pillədə qərarlaşıblar.

Qadın cüdoçulardan isə ən yaxşı nəticə Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyevaya (52 kiloqram) məxsusdur – 16-cı yer. Açelya Toprak (57 kiloqram) isə 23-cü sırada yer alıb.