Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 10-da Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Xarixi İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Qeyd edilib ki, görüş zamanı Azərbaycan ilə Qazaxıstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə sülh prosesinin hazırkı durumu müzakirə olunub.
Azərbaycanın xüsusilə son dövrlərdə Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstanla genişlənən yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə olunub.
İqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar və digər istiqamətlər üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın geniş perspektivlər vəd etdiyi diqqətə çatdırılıb.
Cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandıran nazir COP29-un öz növbəsində əməkdaşlıq üçün yeni platforma olduğunu qeyd edib.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, imkan və çağırışlardan bəhs edən nazir Ceyhun Bayramov Azərbaycan ilə Ermənistan arasında ikitərəfli sülh prosesinin irəliləməsi istiqamətində göstərdiyi dəstəyə və fəallığa görə Qazaxıstan tərəfinə təşəkkür edib. Delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın fonunda bugünkü danışıqların da öz növbəsində prosesə töhfə verəcəyinə dair inam ifadə olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır