logo

"BP"nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb

13:13 10-05-2024 | icon 1141
"BP"nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb

Bu ilin birinci rübündə "BP"nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 327,1 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 2,4 faiz azalma deməkdir.

YeniAvropa xəbər verir ki, bu barədə "BP"nin cari ilin birinci rübünün yekun hesabatında bildirilib. Qeyd edilib ki, hesabat dövründə "BP" yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 130,4 milyon dollar xərcləyib.

Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (66 şirkət üzrə) 88,8 milyon dollar xərcləyib.

Bundan əlavə, hesabat dövründə "BP"nin 188 kiçik və orta müəssisə üzrə xərcləri 97 milyon dollar, 18 dövlət şirkəti üzrə xərcləri isə 10,9 milyon dollar təşkil edib.