logo

Azərbaycan həm də "COP29"daki danışıqlara rəhbərlik edəcək-Baş icraçı direktor

12:12 10-05-2024 | icon 1519
Azərbaycan həm də "COP29"daki danışıqlara rəhbərlik edəcək-Baş icraçı direktor

İqlim dəyişmələri bütün dünya üçün kifayət qədər həssas mövzudur. Bu il ölkəmizdə keçiriləcək COP29 yaşıl enerjiyə keçidin sürətləndirilməsi üçün geniş debat və fəaliyyət platforması olacaq. Noyabr ayında Bakı dünyanın diqqət mərkəzində olacaq.

YeniAvropa xəbər verir ki, bunu COP29-un baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov “29 İqlim söhbəti: COP29-a gedən yol” tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, bu tədbirin keçirilməsi Azərbaycan tarixində beynəlxalq mühitdə çox böyük məsuliyyətdir.

“Yaxın 10-20 ildə belə bir məsuliyyət üzərimizdə olmayacaq. COP29 tədbir deyil, bu bir danışıqlar prosesidir. Bütün bu nəhəng debatlar içində Azərbaycan bir kommunikativ kimi məsuliyyətlidir. Artıq çox aktiv proseslər başlayıb, COP komandası formalaşıb. Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək. Mövzu havaya atılan qazlardır. Biz bu məsələni həll etməliyik. Günəş panellərində müəyyən qazlardan istifadə olunur ki, bu da qlobal istiləşməyə təsir edən amillərdən biridir”, - deyə E.Soltanov qeyd edib.