logo

YAP parlament seçkilərinə hazırlıqları davam etdirir

11:22 10-05-2024 | icon 1512
YAP parlament seçkilərinə hazırlıqları davam etdirir

Parlament seçkilərinin vaxtı ilə bağlı hələlik son qərar yoxdur. Buna baxmayaraq, Yeni Azərbaycan Partiyası yalnız seçki ərəfəsində yox, seçkilərarası müddətdə də tam olaraq növbəti seçkiyə hazırlıq prosesini aparır.

YeniAvropa xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası(YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov  deyib.

T. Budaqov bildirib ki, Yeni Azərbaycan Partiyası bu gün parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir.