logo

Rusiyanın Böyük Britaniyadakı hərbi attaşesi ölkədən qovulub

21:41 08-05-2024 | icon 2898
Rusiyanın Böyük Britaniyadakı hərbi attaşesi ölkədən qovulub

Rusiyanın Londondakı hərbi attaşesi Böyük Britaniyadan çıxarılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Qrant Şaps özünün “X” sosial şəbəkə hesabında məlumat verib.

Britaniya daxili işlər naziri Ceyms Klverli isə parlamentdə çıxışı zamanı bildirib ki, Rusiya diplomatik vizalarının müddəti məhdudlaşdırılacaq. “Biz Böyük Britaniyadakı Rusiyaya məxsus bir sıra mülklərdən, o cümlədən Şərqi Susseksdə “Seacoks Heath” evindən və kəşfiyyat məqsədləri üçün istifadə edildiyinə inandığımız Rusiya səfirliyinin Highgeytdəki ticarət və müdafiə bölməsindən diplomatik binaların statusunu ləğv edəcəyik”,- deyə nazir bildirib.

Rusiyanın Londondakı səfirliyi isə hərbi attaşenin ölkədən çıxarılmasına müvafiq cavabın veriləcəyini deyib.