logo

Azərbaycan ötən il Bolqarıstana 1,2 milyard m3 qaz ixrac edib

14:06 08-05-2024 | icon 658
Azərbaycan ötən il Bolqarıstana 1,2 milyard m3 qaz ixrac edib

Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır.

YeniAvropa xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Bolqarıstan prezidenti Rumen Radevlə mətbuata bəyanatında deyib.

“Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon idi”, - deyə İlham Əliyev əlavə edib.