logo

Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

11:11 08-05-2024 | icon 987
Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycana rəsmi səfərə gələn Bolqarıstan prezidenti Rumen Radevin mayın 8-də rəsmi qarşılanma mərasimi olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bolqarıstan prezidenti Rumen Radevi və birinci xanım Desislava Radevanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan prezidentinə raport verib.

Bolqarıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Bolqarıstan prezidenti Rumen Radevə və birinci xanım Desislava Radevaya, Bolqarıstan nümayəndə heyəti isə Azərbaycan prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Bolqarıstan prezidenti Rumen Radevin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.