logo

Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq

10:30 08-05-2024 | icon 1218
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq

Bu gün paytaxtın Xəzər və Xətai rayonlarının qaz təchizatında fasilə yaranacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, saat 08:00-dan "Mayak-2" qaz kəmərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması, saat 10:00-dan Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, “1 May qəsəbəsi” və “Pirallahı Yeni” qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni daraldıcı qurğularla əvəzlənməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Pirallahı (tam olaraq) və Xəzər rayonunun Şüvəlan (dənizkənarı yaşayış sahəsinin) qəsəbələrinin, Xətai rayonunun isə Lütfi Zadə küçəsinin qaz təchizatında fasilə yaranacaq.