logo

Prokurorluq Zaqatalada 15 nəfərin qidadan zəhərlənməsi faktını araşdırır

09:01 08-05-2024 | icon 1624
Prokurorluq Zaqatalada 15 nəfərin qidadan zəhərlənməsi faktını araşdırır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfərin qidadan zəhərlənməsi faktı üzrə Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, ilkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.