logo

804-cü gün:Rusuya Ukrayna müharibəsində 476 mindən çox hərbçisini itirib

10:10 07-05-2024 | icon 2800
804-cü gün:Rusuya Ukrayna müharibəsində 476 mindən çox hərbçisini itirib

Ukrayna müharibənin 804-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Rusiya müharibə başlayandan indiyədək 476 460 hərbçi, 7 405 ədəd tank, 14 227 ədəd zirehli döyüş maşını, 12 287 ədəd artilleriya sistemi, 1 057 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 792 hava hücumundan müdafiə sistemi, 349 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 16 509 ədəd avtomobil texnikası, 9 917 ədəd PUA, 2 149 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 2 017 xüsusi avadanlıq itirib.