logo

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

09:29 07-05-2024 | icon 854
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edək ki, ötən gün müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdi.

Eyni zamanda, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulmuşdu.