logo

Futzal millimiz FIFA reytinqdə 29-cudur

20:20 06-05-2024 | icon 2408
Futzal millimiz FIFA reytinqdə 29-cudur

FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq cədvəlini açıqlayıb.

YeniAvropa qurumun rəsmi saytına istinadən xəbər verir ki, 139 kollektivin yer aldığı siyahıda Azərbaycan yığması 29-cu pillədə qərarlaşıb.

Vitali Borisovun baş məşqçisi olduğu komandanın aktivində 1139,38 xal var.

Reytinq siyahısına 1568,41 xalla Braziliya seçməsi başçılıq edir. Portuqaliya (1527,61) ikinci, İspaniya (1514,42) isə üçüncü sıradadır.